AzadlıqRadiosunun əməkdaşı Fərid Mehralızadənin vəkili Cavad Cavadov deyir ki, təkcə müvəkkilinin yox, bütövlükdə azad düşüncənin müdafiəçisi qismində çıxış edir.
Rusiya neftinin satış qiymətinin həddinin aşağı salınması məsələsi hələ G7 sammitində müzakirə ediləcək
Qazın topdan və pərakəndə satışı ilə bağlı yenidən tənzimlənmə nəzərdə tutulur.
Ötən həftə Qazaxıstan prezidenti Kasım-Jomart Tokayevin qərarı ilə gözlənilmədən müdafiə naziri vəzifəsindən azad edilən Ruslan Jaksılıkov saxlanılıb və Astanada istintaq təcridxanasına salınıb.
AzadlıqRadiosunun rusdilli araşdırma layihəsi "Sistema"nın araşdırmasına görə, Rusiyanın Ukraynaya qarşı tammiqyaslı işğal müharibəsi başlayandan bəri Rusiyanın eks-prezidenti Dmitri Medvedevə bağlı fondlar təxminən 850 milyon dollar sərvət toplayıb.
Avstriyanın Qrats şəhərində gimnaziyada baş verən atışma nəticəsində azı 10 nəfər həlak olub, 20-dən çox yaralı var.
Kaliforniya ştatı və qubernator Qevin Nyusom Los-Ancelesə Milli Qvardiya qoşunlarının yeridilməsi ilə əlaqədar ABŞ prezidenti Donald Tramp, Pentaqon və müdafiə naziri Pit Heqset barədə məhkəmədə iddia qaldırıb.
İsrail hərbçiləri Qəzzaya doğru üzən və göyərtəsində iqlim aktivisti Qreta Tunberq və digər fəalların olduğu "Madleen" yaxtasını saxlayıblar.
Ukrayna və Moldova 2026-cı il yanvarın 1-dən etibarən Avropa İttifaqının (Aİ) "evdəki kimi dolaş" (Roam Like At Home – RLAH) rejiminə qoşulacaq və bu, onların Aİ-yə üzvlük istiqamətində irəliləyişini əks etdirən mühüm simvolik addım olacaq.
İyunun 2-də Erməni Apostol Kilsəsi baş nazir Nikol Paşinyanın kilsənin ali ruhanilərinə qarşı sərt tənqidlərini qəti şəkildə pisləyib.
Müxalifətdə olan Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) Salyan rayon təşkilatının sədri Zamin Salayevin həbsdə səhhətinin pisləşdiyi bildirilir.
İyunun 9-da İran və ABŞ Tehranın nüvə proqramı ilə bağlı danışıqların davam edəcəyini bildirsələr də, tərəflər danışıqların növbəti raundu üçün fərqli tarixlər veriblər.
Davamı